Qurban Qurbanovu daha ağır, gərgin və əsəbi günlər gözləyir

25 Aprel 20:00 Qarabağ 346
Qurban Qurbanovu daha ağır, gərgin və əsəbi günlər gözləyir

«Qarabağ»ın oyunu sabit deyil yenə.

Rəqibdən asılı olaraq dəyişir.

Derbidə «Neftçi»yə 3 qol vurub, sonra rəhm göstərən «Qarabağ»la «Araz-Naxçıvan»la qarşılaşan «Qarabağ»ın arasında nə boyda fərq olduğunu, heç şübhəsiz, Qurban Qurbanov yaxşı bilir.

Budəfəki oyun da 3:0 bitdi. Qurbanovun stadiondan şad-xürrəm ayrılmasına isə inanmıram.

Onu qayğılandıran səbəblər var, az deyil, çoxdur. Təsəvvür edirəm ki, o, necə fikirlidir.

Qayğıların başında müdafiə xəttinin aramsız xətaları gəlir. Rəvan Həmzədadənin simpatiyası onlardan yana olmasaydı, ilk hissənin ortasındakı penalti epizoduna düzgün yanaşırdı.

Jatobanın Bəhlulun zərbəsinə məruz qaldığı epizod, həmçinin Yassin Benzianın ikinci yarıda almadığı qırmızı vərəqə…

Felipe Santosun yaxaladığı, amma göydəki quşlara yem etdiyi əlverişli epizodlar…

«Qarabağ» ilk hissədə yox idi. Bütün aparıcı adlar meydanda idi, lakin üstünlük «Araz» tərəfdəydi.

Qurban Qurbanovun əl-qolu hələlik bağlıdır. Əksər futbolçuların müqaviləsi davam etməkdədir.

Kontraktı pozmaq səlahiyyəti yalnız onda olsaydı və klub təzminat ödəmək məcburiyyətində qalmasaydı, o, ən azı 6-7 nəfəri elə bu gün düşərgədən kənarlaşdırardı.

Kadi Borges ideal formadan uzaqdır. Onu əhəmiyyətli edən istəyi və ustalığıdır. Benzianın hesabı açdığı epizodun baş qəhrəmanı braziliyalıdır.

Topu yenidən ələ keçirmək üçün o cəhdi etməsəydi, inadkarlıq göstərməsəydi, «Araz» oyundan qopmayacaq, qısa müddətdə daha iki top buraxmayacaqdı.

«Qarabağ» üçün sonluq yaxşı, qələbənin qazanılma forması bərbaddır. 65 dəqiqə sıradan bir komandadan fərqlənməyən «Qarabağ»da çatışmazlıq çoxdur.

Mənə görə, bu, bahalı legionerlərin evə qayıtmaq həvəsinə belə tez düşməsiylə də əlaqədardır. Avropa və ərəb klublarıyla gizli danışıqlar aparmalarını da istisna etmirəm. Cisimləri burada, gözləri orada-buradadır, axtarışdadır.

Qurban Qurbanovu yayqabağı daha ağır period, gərgin və əsəbi günlər gözləyir.

«Qarabağ» üçün sonluq yaxşı, qələbənin qazanılma forması bərbaddır.

65 dəqiqə sıradan bir komandadan fərqlənməyən «Qarabağ»da çatışmazlıq çoxdur.

Mənə görə, bu, bahalı legionerlərin evə qayıtmaq həvəsinə belə tez düşməsiylə də əlaqədardır. Avropa və ərəb klublarıyla gizli danışıqlar

aparmalarını da istisna etmirəm. Cisimləri burada, gözləri orada-buradadır, axtarışdadır.

Qurban Qurbanovu yayqabağı daha ağır period, gərgin və əsəbi günlər gözləyir.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!