Bu xarici “Qarabağ”la “nigah”ını təzələyəcəkmi? - Deyir ki...

13:40 Qarabağ 671
Bu xarici “Qarabağ”la “nigah”ını təzələyəcəkmi? - Deyir ki...

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade sualları cavablandırıb.

- Kubokun cavab oyununda “Araz-Naxçıvan”ı 3:0 hesabı ilə məğlub etməklə finala yüksəldiniz. Oyun barədə nə deyə bilərsiniz?

- Çətin oyun alındı. İlk hissədə rəqib qapısına yol tapmaq mümkün olmadı. Fasilədən sonra lazımi qolları vurduq. Qalib gəldik və bu, çox vacib idi.

- İlk oyunda məğlub olmuşdunuz, cavab matçında da ilk hissədən sonra hesab açılmamışdı. Fasilədə Qurban Qurbanov komandaya hansı tapşırıqları verdi?

- Bu, futboldur. Biz uda da bilərdik, uduza da. Sona qədər özümüzə inanırdıq. Fasilədə baş məşqçimiz də göstəriş verdi ki, ilk hissədəki oyunu davam etdirmək, eləcə də səbrli olmaq lazımdır. Rəqib yaxşı müdafiə olunurdu. İkinci hissədə şanslarımızdan istifadə etdik.

- Rəqib hakimlikdən narazılığını bildirdi. Yassin Benzianın epizodunun qırmızı vərəqəlik olduğu fikrinə münasibətiniz necədir?

- Son vaxtlar bizimlə bağlı qərarlar narazılıqla qarşılanır. Bunun səbəbini bilmirəm. Lakin biz buna hazırıq. Bizim üçün problem deyil. Məncə, hakimin qərarı düzgün idi. Orada qırmızı vərəqə yox idi, sarı vərəqə kifayət edirdi.

- Ötən mövsüm “Qızıl dubl” etdiniz. Bu mövsüm də çempionluğa yaxınsınız, kubokda da finala yüksəldiniz. Bu nəticələr “Qarabağ” üçün adiləşməyib? Motivasiyanı necə tapırsınız?

- Biz hər zaman tam gücümüzlə çalışırıq. Motivasiya tapmaqda çətinlik çəkmirik. Çünki baş məşqçimiz hər zaman bunu bizdən tələb edir. Hər oyuna maksimum hazırlaşırıq. Demirəm rəqiblər hazırlaşmır, xeyr. Sadəcə biz işimizə çox ciddi yanaşırıq. Hər oyuna, hər məşqə. Fərqi yoxdur, bu, çempionat oyunudur, kubok, ya avrokubok. Ürəkdən çalışırıq, əlimizdən gələni edirik. Hər matça 100 faiz motivasiya ilə çıxırıq.

- Mövsümün sonunda “Qarabağ”la müqaviləniz bitir. Artıq yeni sözləşmə ilə bağlı danışıqlara başlamısınız?

- Bu barədə danışmaq istəmirəm

- Bəs digər klublardan təkflilər var?

- İndi bu mövzuda danışmayacağam.

- “Qarabağ” bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində yalnız səfərdə “Bodo Qlimt” üzərində qələbə qazandı. Maraqlıdır ki, bu komanda yarımfinala kimi irəliləməyi bacarıb. Norveç təmsilçisinin çıxışını izləyirsiniz?

- Bu, bir daha onu göstərir ki, əzmkar olanda nəticə əldə etmək mümkündür. Onların çıxışını izləyirəm. Güclüdürlər. Səfərdə onlara qarşı mübarizə aparmaq çətin idi. Bununla belə, “Bodo Qlimt”ə qalib gəldik. Simpatik bir komandadır. Avrokuboklarda elə onlara azarkeşlik edirəm.

Digər Xəbərlər
Xəbər Lenti