
Yerli statusu daşıyan iki dağıstanlı növbəti mövsümü də «Qarabağ»da keçirəcək.
Bədavi Hüseynov və Şahruddin Məhəmmədəliyev minimum daha 1 il «köhlən atlar»ın formasını geyinəcək.
Qurban Qurbanov əsas heyətə az-az düşən cütlüyün uzun illərdir burada çıxış etməsini və təcrübəsini nəzərə alıb.
Növbəti mövsüimdən Premyer Liqada legioner limiti tətbiq olunmayacaq, bununla belə, baş məşqçi rəhbərlikdən onların saxlanılmasını istəyib.
Təcrübəli mütəxəssisin mövqeyini başa düşmək olar. Hər halda Ağdam təmsilçisi beynəlxalq və ölkədaxili üç «cəbhə»də mübarizə aparacaq.
SPORTİNFO.AZ