
“Qarabağ”la “Neftçi” arasında baş tutan oyunu izləyənlər arasında Toral Bayramovun ailə üzvləri də olub.
Bayramovlar ailəsi ağdamlıları qələbəyə səsləyib, yekunda qeydə alınan 3:0 hesablı qələbəni birlikdə qeyd edib.
Toral matç başa çatandan sonra doğmalarını görüncə, tribunanın qarşısına gəlib. Bu an futbolçu ilə azyaşlı qızı arasında olduqca maraqlı görüntülər qeydə alınıb.
Video o dərəcədə “şirindir” ki, adam baxdıqca baxmaq istəyir.
HƏBİB / SPORTİNFO.AZ
Həmin görüntüləri təqdim edirik.