Qurban Qurbanov onu bezdirən bu futbolçunu necə “ağıllandırmaq” istəyir? - VİDEO

15:00 Qarabağ 814
Qurban Qurbanov onu bezdirən bu futbolçunu necə “ağıllandırmaq” istəyir? - VİDEO

Kevin Medianın son həftələrdə «Qarabağ»ın əsas heyətində yerini itirməsinin səbəbi üzə çıxıb.

Redaksiyamıza məlum olub ki, Qurban Qurbanov kolumbiyalı müdafiəçinin fiziki hazırlığından və psixoloji durumundan çox narazıdır.

Təcrübəli mütəxəssis cənubi amerikalının şans aldığı oyunlarda yol verdiyi səhvlərdən cana doyub.

Medina Azərbaycan Premyer Liqasının 23-cü turunda keçirilən “Neftçi” - “Qarabağ” matçında (0:1) qırmızı vərəqə alıb. Ev sahiblərinin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud oynayan kolumbiyalı 22-ci dəqiqədə meydandan qovulub.

Qurban Qurbanov onun etdiyi hərəkətə əsəbi şəkildə reaksiya verib. Əlini gicgahına apararaq, məlum işarəni edib.

Azərbaycanın ən yaxşı məşqçisi indi bu fikirdədir ki, Medina bir qədər «ağıllanmalıdır».

«Tank» ləqəbli arxa xətt oyunçusunu böyük miqdarda cərimələməklə kifayətlənməyən sükançı hesab edir ki, o, daha bir müddət ehtiyat skamyada «növbə çəkməlidir».

Səbəbkarın özünə də bu qərar izah olunub. Xəbərdarlıq edilib ki, məşqlərdə var qüvvəsiylə çalışmasa və yersiz hərəkətlərinə son verməsə, ilk «11-lik»də yerini geri qaytara bilməyəcək.

Xatırladılıb ki, indiyədək xeyli sayda lüzumsuz sarı və qırmızı vərəqələr alıb, komandanı çətin vəziyyətə salıb, özünü yığışdırmasa, onu daha iri məbləğdə cərimələr gözləyir.

SPORTİNFO.AZ

Medinanın qırmızı vərəqə aldığı epizodu təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti