
“Biz bunun üçün əlimizdən gələni edəcəyik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.
“Tank” ləqəbli kolumbiyalı legioner hədəflərinin “qızıl dubl” etmək olduğunu vurğulayıb:
“Qarşıda bizi kubok oyunu gözləyir. Çox çətin qarşılaşma keçəcək.
“Araz-Naxçıvan” yaxşı komandadır. Bizim üçün vacib görüşdür.
Qalib gəlib, finala yüksəlmək istəyirik. Məqsədimiz ötən il olduğu kimi, “qızıl dubl” etməkdir”.