"Qarabağ"ın təklif etdiyi qiymətlər “əl yandırmır”

13:20 Qarabağ 354
"Qarabağ"ın təklif etdiyi qiymətlər “əl yandırmır”

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Araz-Naxçıvan" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.

Biletlər Ticket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

"Qarabağ" - "Araz-Naxçıvan" qarşılaşması 23 aprel tarixində, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti