
“Sportinfo TV”nin “youtube” platformasında yayımlanan “Futbol manşet”in növbəti buraxılışı efirə gedib.
Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə Azərbaycan, eləcə də, Türkiyə futbolunda baş verən aktual hadisələr müzakirə edilib.
“Qarabağ”da “yılan hekayəsi”nə dönən Yassin Benzianın komanda ilə razılığa gəldiyini vurğulayan aparıcılar Ağdam klubunda cərəyan edən hadisələrə münasibət bildirib, yeni mövsüm öncəsi avrokuboklarda uğurlu çıxış üçün əskik olan mövqelər barədə danışıb.
Verilişin ən maraqlı və zarafatla yadda qalan tərəfi isə “Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimhenin “Mançester Yunayted”lə razılığa gəlməsi haqda son dəqiqə xəbəri olub.
Belə ki, Azərbaycan futbol şərhçiliyində özünəməxsus yeri olan, İngiltərə futbolunun mahir bilicisi kimi tanınan Tərlan Şahinoğlu da efirə təşrif buyurub.
Məşhur “Osimhen” mahnısının sədaları altında studiyada peyda olan T.Şahinoğlu potensial keçidi dəyərləndirib, müzakirələr zamanı səsləndirilən fikirlər tamaşaçılarda xoş ovqat yaradıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
“QOLAT Sport Services”in təşkilatçılığı ilə aprelin 26-dan iyunun 28-dək Bakıda böyük idman festivalı keçiriləcək.
“Sportfest-2025” adlı genişmiqyaslı tədbirə qatılacaq gənclərdən ibarət komandalar müxtəlif idman növlərində qüvvələrini sınayacaqlar.
“Sizi idmana dəvət edirik” şüarı ilə start götürəcək festival çərçivəsində müxtəlif yaş qruplarından və sahələrdən olan iştirakçılar, həm yarışlarda güclərini sınayacaq, həm də yaradılan əyləncə zonalarından istifadə edərək asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN