“Mən “kaş ki, orada qalsaydım” düşüncəsi ilə yaşamıram”

12:40 Qarabağ 147
“Mən “kaş ki, orada qalsaydım” düşüncəsi ilə yaşamıram”

“Düzü, “kaş ki, orada qalsaydım” düşüncəsi ilə yaşamıram”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın hücumçusu Musa Qurbanlıya aiddir.

23 yaşlı forvard 2022-2023-cü illərdə formasını geyindiyi “Yurqorden”in Konfrans Liqasının yarımfinalına yüksəlməsinə münasibət bildirib:

“Artıq bu, geridə qalıb. Qismət belə imiş.

Komandanın potensialı həmişə olub. Əvvəlki mövsümlərdə də Konfrans Liqasının 1/4 finalına qədər irəliləmişdilər.

Bu səbəbdən uğurlarını təsadüfi hesab etmirəm. Hələ də bəzi sabiq komanda yoldaşlarımla əlaqədəyik, vaxtaşırı danışırıq. Onları təbrik etmişəm”.

Digər Xəbərlər
Xəbər Lenti