Qurban Qurbanov bu komandanı “Qarabağ”a bənzətdi

00:30 Qarabağ 310
Qurban Qurbanov bu komandanı “Qarabağ”a bənzətdi

"Bu mövsüm "Budö Qlimt"in çıxışı bizim ötənilki Avropa yolumuza bənzədi.

Sadəcə, qırmızı vərəqə alaraq və son dəqiqələrdə buraxdığımız qollarla Almaniya "Bayer"inə uduzmuşduq? amma bizim də yarımfinala çıxmağa şanslarımız var idi”.

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, Avropa Liqasının Liqa mərhələsində məğlub etdikləri yeganə komanda olan "Budö Qlimt"dən danışıb. Mütəxəssis Norveç təmsilçisini ötən mövsüm 1/8 finaladək irəliləməyi bacaran "Qarabağ"la müqayisə edib:

"Budö Qlimt" də yarımfinala vəsiqəni hələ Liqa mərhələsindəki oyunları ilə haqq edirdi. Onlara qalib gəlməyimizə baxmayaraq, mənim diqqətimi çox cəlb etmişdilər.

Əvvəlki oyunlarına nəzər salsaq, ad-sanlı komandalara çoxlu qol vurmağı bacarıblar. Xüsusən, öz meydanlarında. Çox özünəxas futbol fəlsəfələri var".

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!