“QARABAĞ”: O, iki aydan çox çəkən fasilədən sonra...

21 Aprel 22:40 Qarabağ 184
“QARABAĞ”: O, iki aydan çox çəkən fasilədən sonra...

Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində "Neftçi" ilə qaşılaşmada (3:0) penaltidən fərqlənən Yassin Benzia iki aydan çox çəkən fasilədən sonra qol vurub.

Sportinfo.az xəbər verir ki, fevralda "Səbail" ilə ardıcıl iki matçda rəqib qapısına yol tapan əlcəzairli yarımmüdafiəçi daha sonra 9 oyunluq quru seriyaya imza atıb.

30 yaşlı futbolçu hazırkı mövsüm çempionatda cəmi 6 qol vurub və məhsuldarlığa görə komandada Leandro Andrade (14 qol) və Nəriman Axundzadədən (9) geri qalır.

Ötən mövsüm Azərbaycan Premyer Liqasında 12 dəfə fərqlənən Benzia "Qarabağ"da məhsuldarlıq baxımından Juninyodan (20) sonra ikinci olub.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!