Yayda bütün Avropa “Qarabağ”ın bu legionerindən danışacaq!

17:40 Qarabağ 1 443
Yayda bütün Avropa “Qarabağ”ın bu legionerindən danışacaq!

Kadi 2 aydır «Qarabağ»dadır. Üst-üstə beş qol vurub.

Derbidə bu rəqəm 10-a çata bilərdi.

Kadinin «Neftçi» ilə matçda qaçırdığı fürsətlərdən ibarət rolik hazırlayıb internetdə paylaşsam, heç bir ortabab Avropa klubu ona 1000 manat maaş ödəməz.

Qurban Qurbanov fevralda bir açıqlama vermişdi. Kadinin formaya düşmə tarixi ilə bağlı. 1 ay vaxt lazım olduğunu demişdi.

O, istədiyindən, arzuladığından belə söyləyib. Sadəcə, Kadinin özünü və «Qarabağ» azarkeşlərini ruhlandırmaqdan ötrü.

Əslində, Kadiyə daha 2-3 ay vaxt gərəkdir ki, əvvəlki formasına qayıtsın. «Ferentsvaroş»da çox oynamadığından, natamamlıq kompleksi yaranıb onda.

Meydanda tam iş görə, bütün tapşırıqları yerinə yetirə bilmir. Amma çalışır, özünü oda-gözə vurur. Bu isə istəkdir, ümidverici haldır.

Yayda Çempionlar Liqasında təsnifat mərhələsinə start veriləcək. Qurban Qurbanov braziliyalı yarımmüdafiəçini ovaxtadək ideal duruma gətirəcək.

Əsas oradır.

İki il qabaqkı Kadidən ötrü hamının burnunun ucu göynəyir. O cür qayıtsa, əla olacaq. «Qarabağ» ÇL-də qrup mərhələsinin qapısını növbəti dəfə aralayacaq.

Açığı da, guya indi «Qarabağ»da hansı aparıcı oyunçu fısqırıq qoparır ki? Heç biri. Öz aralarında danışıblar, ola bilsin. Oturub oyun seçirlər.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti