
“Neftçi” ilə qarşılaşmalarımız hər zaman maraqlı, gərgin atmosferdə və yüksək motivasiya ilə keçir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı deyib.
Qurban Qurbanovun 23 yaşlı oğlu Premyer Liqanın son turunda 3:0 hesabıyla “Neftçi”yə qalib gəldikləri oyun barədə aşağıdakıları söyləyib:
“Derbi xarakteri daşıdığı üçün azarkeş marağı da həmişə böyük olur. Bu oyun bizim üçün xüsusi önəm kəsb edirdi.
Yetərincə qol vəziyyətlərimiz və çoxsaylı hücumlarımız oldu. Hesab edirəm ki, oyun tamaşaçılar üçün də kifayət qədər maraqlı alındı.
3 qol vuraraq qalib gəldiyimiz üçün çox sevincliyik. Çempionluq qazanmaq həmişə xoş hisslər bəxş edir və bu, ölkə daxilində əldə edilə biləcək ən böyük nailiyyətdir.
Biz də bu məqsədlə hər oyuna maksimum səylə hazırlaşır və çempionluq uğrunda mübarizə aparırıq. Belə bir uğur insanı daim sevindirir”.