“Qarabağ”da gizli anlaşma - İki il ərzində o qədər pul qazanacaq ki..!

14:40 Qarabağ 1 442
“Qarabağ”da gizli anlaşma - İki il ərzində o qədər pul qazanacaq ki..!

“Qarabağ“ın yarımmüdafiəçisi Yassin Benzia haqqında yayılan son transfer xəbərlərinə münasibət bildirib.

Mətbuatda karyerasını yeni mövsümdən Səudiyyə Ərəbistanıda davam etdirəcəyi barədə yayılan informasiyalardan danışan əlcəzairli legioner deyib:

“Mənim iyuna qədər “Qarabağ”la müqaviləm var. Rəhbərliklə yeni sözləşmə barədə danışıqlarımız gedir. Burada olmaqdan xoşbəxtəm. İnşallah, hər şey yaxşı olacaq”.

Bu açıqlama saytımızın tirajladığı məlumatın təsdiqidir. Aprelin 18-də verdiyimiz bilgidə qeyd etmişdik ki, tərəflər arasında bir müddət öncə başlayan danışıqlar bitmək üzrədir.

Benzia ona təklif edilən yeni müqavilə şərtləri ilə böyük ölçüdə razılaşıb.

Yarımmüdafiəçinin kontraktı uzatması üçün bəzi incə detallar qalıb, onlar da müsbət həll olunandan sonra rəsmi açıqlama veriləcək.

Saytımıza çatdırılan informasiyada konkret rəqəmdən bəhs olunmur. Bununla belə, deyilib ki, ərəb orta sahə oyunçusu ilə növbəti anlaşma 2 illik nəzərdə tutulub.

Planlar dəyişməsə, o, bu müddətdə 2 milyon dollardan artıq gəlir əldə edəcək. Komandanın qazanacağı titullara görə əlavə bonus da alacaq.

Benzia 2023-cü ilin yanvarından ölkəmizdə çıxış edir. Əlcəzair mediası bugünə kimi onun adını müxəlif klublarla yanaşı hallandırıb.

Həmkarlarımızın bildirdiyinə görə, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var ki, bu da ona daha sərfəli müqavilə vəd edir.

Həmçinin Əlcəzair millisindəki komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə yığmadakı mövqeyini möhkəmləndirəcəyi qeyd olunur.

Benzianın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır.

Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb.

Əlcəzairin “DZfoot” saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər.

Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez (“Əl-Əhli”), Houssem Aouar (Əll-Ittihad”) və Saif Benrahmadan (NEOM SC) gedir.

Qeyd edilir ki, Benzia “Qarabağ”dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti