Zubir “Qarabağ”ın şansını dəyərləndirdi - Nə gözləyir?

11:20 Qarabağ 142
Zubir “Qarabağ”ın şansını dəyərləndirdi - Nə gözləyir?

“Kubokun yarımfinal mərhələsinin ilk oyununda təəssüf ki, “Araz-Naxçıvan”a məğlub olduq”.

Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirə məxsusdur.

Fransalı legioner Azərbaycan kubokunun yarımfinal mərhələsindəki ilk oyuna (0:1) toxunub:

“Rəqibin güclü olduğunu bilirdik və bu oyun da bunu bir daha göstərdi. Amma hələ heç nə bitməyib. Cavab qarşılaşmasını öz meydanımızda keçirəcəyik.

Bu, bizim üçün üstünlük sayıla bilər. Komanda olaraq inanırıq ki, əlimizdən gələni edərək qalib gələcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti