
“Komandamız yaxşı performans sərgilədi. Vacib qələbə qazandıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Kevin Medina Premyer Liqanın 31-ci turunda “Neftçi” üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.
Kolumbiyalı legioner məqsədlərinin hər oyunda qalib gəlmək olduğunu bildirib:
“Dayanmadan məşqlərdə çalışırıq. Hər oyunda qalib gəlmək istəyirik.
Yaxşı çıxış etdiyimizi düşünürəm. Heç vaxt dayanmırıq.
Çempionluğa yaxın olsaq da, sona qədər eyni tempdə mübarizə aparacağıq. Çünki hər matç bizim üçün vacibdir”.