"Düzünü desəm, Nərimandan çox da razı deyiləm"

08:40 Qarabağ 574
"Düzünü desəm, Nərimandan çox da razı deyiləm"

"Son vaxtlar Nəriman dəyişilib".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" (3:0) oyundan sonra deyib.

O, hücumçusu Nəriman Axundzadənin çıxışını dəyərləndirib. Forvardın potensialını tam açmadığını vurğulayıb:

"Düzünü desəm, Nərimandan çox da razı deyiləm. Nəriman əvvəllər idman formasından uzaq idi.

Onunla söhbətlərimizdə deyirdim ki, futbolu daha çox sevməlidirlər. Müasir futbolun tələbləri çoxdur.

Əgər Nəriman öz üzərində daha çox çalışsa, bombardirlər sırasında birinci olardı və buna borcludur".

"Neftçi" ilə qarşılaşmada Nəriman Axundzadə vurulan 3 qoldan birinin müəllifi olub.

Digər Xəbərlər
Xəbər Lenti