.jpg)
"Qarabağ" Premyer Liqanın XXXI turunda "Neftçi"ni məğlub edib.
Sportinfo.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40-p.) və Nəriman Axundzadə (41) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.
“Qarabağ” – “Neftçi” 3:0
Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 40 (pen), Nəriman Axundzadə, 41
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 20:00