Qurban Qurbanov “Neftçi” haqda suala nə cavab verdi?

19 Aprel 11:20 Qarabağ 1 653
Qurban Qurbanov “Neftçi” haqda suala nə cavab verdi?

“Azərbaycan futbol camiəsinin maraqla gözlədiyi bir oyundur”.

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “CBC Sport” telekanalına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Premyer Liqanın XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçı haqqında danışıb. Qurbanov hazırlıq prosesinin yaxşı keçdiyini vurğulayıb:

“Hazırda zədəlilərimiz yoxdur. Kimin mikro zədəsi vardısa, hamısı bərpa olunub.

Ümumən hazırlıq prosesi yaxşı keçib. Çox ciddi bir rəqibə qarşı oynayacağıq.

“Neftçi” ilə oyunlarımız həmişə maraqlı keçib. Futbolçularımız həmişə bu qarşılaşmalara böyük motivasiya ilə hazırlaşıb”.

O, Azərbaycan Kubokundakı hədəflərindən də danışıb:

“Neftçi” ilə oyundan sonra vaxtımız bir qədər az olacaq. Ancaq hər bir halda çalışırıq ki, ən azından final mərhələsinə vəsiqə qazanaq.

Çünki klub olaraq titullarımızın sayını artırmaq istəyirik. Bunun üçün də bütün hazırlığımızı düzgün planlaşdırmalıyıq”.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçı saat 20:00-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!