
"Qarabağ"ın sabiq forvardı Dino Ndlovunun yeni klubu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu karyerasını ölkəsində - Cənubi Afrika Respublikasında davam etdirəcək.
O, bu ölkənin 1-ci liqasında mübarizə aparan "Marmo Qallants" klubuna keçib. Ndlovu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Dino Ndlovu 2016-cı ilin avqust ayından 2018-ci ilin yanvarınadək "Qarabağ"da çıxış edib.
O, Ağdam təmsilçisinin heyətində 54 rəsmi matçda 19 qol vurub və 7 məhsuldar ötürmə edib.
Ndlovu "Qarabağ"dan ayrıldıqdan sonra Çinin "Xançjou Qrinatoun", "Çançun Yatay", Türkiyənin "Kocaelispor", "Boluspor" və "Sakaryaspor" klublarında çıxış edib.