“Qarabağ” ona imzanı atdırmağa çox yaxındır… SON DƏQİQƏ XƏBƏRİ

18 Aprel 21:20 Qarabağ 1 763
“Qarabağ” ona imzanı atdırmağa çox yaxındır… SON DƏQİQƏ XƏBƏRİ

«Qarabağ»la Yassin Benzia arasında bir müddət öncə başlayan danışıqlar bitmək üzrədir.

Bu barədə klubdan redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

Bildirilib ki, əlcəzairli legioner ona təklif edilən yeni müqavilə şərtləri ilə böyük ölçüdə razılaşıb.

Yarımmüdafiəçinin kontraktı uzatması üçün bəzi incə detallar qalıb, onlar da müsbət həll olunandan sonra rəsmi açıqlama veriləcək.

Saytımıza çatdırılan informasiyada konkret rəqəmdən bəhs olunmur. Bununla belə, deyilib ki, ərəb orta sahə oyunçusu ilə növbəti anlaşma 2 illik nəzərdə tutulub.

Benzia 2023-cü ilin yanvarından ölkəmizdə çıxış edir. Əlcəzair mediası bugünə kimi onun adını müxəlif klublarla yanaşı hallandırıb.

Həmkarlarımızın bildirdiyinə görə, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var ki, bu da ona daha sərfəli müqavilə vəd edir.

Həmçinin Əlcəzair millisindəki komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə yığmadakı mövqeyini möhkəmləndirəcəyi qeyd olunur.

Benzianın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. O, aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında “Qarabağ”la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib.

Amma yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib:

“İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam.

Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək”.

Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb.

Əlcəzairin “DZfoot” saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər.

Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez (“Əl-Əhli”), Houssem Aouar (Əll-Ittihad”) və Saif Benrahmadan (NEOM SC) gedir.

Qeyd edilir ki, Benzia “Qarabağ”dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"