B Seriyası klubu ilə müqavilə imzaladı, “Qarabağ”ın adını çəkdi

18 Aprel 16:20 Qarabağ 748
B Seriyası klubu ilə müqavilə imzaladı, “Qarabağ”ın adını çəkdi

“Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva Braziliyanın B Seriyası klubu “Operario Ferroviario” ilə müqavilə imzalamasını dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, bir ilə yaxındır klubsuz olan 38 yaşlı qolkiper ölkəsinə qayıtdığı üçün çox xoşbəxt olduğunu deyib.

Vaqner Silva 2018-2020-ci illərdə ölkəmizdə “Qarabağ”ın formasını geyinib. O, yerli mətbuata açıqlamasında “Qarabağ”dakı dönəmini də xatırlayıb:

“Uzun müddətdir Braziliya futboluna qayıtmaq istəyirdim. “Operario Ferroviario”nun formasını geyindiyim üçün çox şadam.

Mənə etimad göstərdiyi üçün kluba təşəkkürümü bildirirəm. Ümid edirəm ki, işimi və potensialımı göstərə biləcəyəm.

Builki hədəflərə çatmaq üçün töhfə verməyə yüz faiz hazıram. Karyeram ərzində Belçika, Portuqaliya və Azərbaycanda legioner həyatı yaşamışam.

Azərbaycanda “Qarabağ”ın forması altında Çempionlar Liqasında çıxış etmişəm.

Avropada topladığım təcrübəni B Seriyasında yeni komandamın uğurları üçün bölüşmək niyyətindəyəm”.

Design sem nome 1 10 880x495 1 - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"