Premyer Liqanın ən güclü klubu AÇIQLADI: “Əla vəziyyətə gətiriləcək”

18 Aprel 00:50 Qarabağ 631
Premyer Liqanın ən güclü klubu AÇIQLADI: “Əla vəziyyətə gətiriləcək”

"Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"da görülən işlər açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, stadionda ot örtüyü ilə bağlı innovativ işlər görüldüyünü söyləyib:

"Burada ot örtüyü yaxşı vəziyyətdə deyildi. Hazırda proses tamamlanma mərhələsindədir.

Örtük "Sumqayıt"la ev görüşünə qədər əla vəziyyətə gətiriləcək.

Bundan sonra Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirməyəcəyik, orada da müəyyən işlər görüləcək. Avrokuboka qədər həmin arena da ideal vəziyyətə gələcək".

"Qarabağ" mayın 4-dən etibarən ev oyunlarının "Azərsun Arena"da təşkili üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edib. PFL əsasnamə tələblərinin qorunmasını nəzərə alaraq müraciəti müsbət qarşılayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"