“Qarabağ” PSJ, “Ayaks”, “Qalatasaray” və “Liverpul”la “birləşdi”

18 Aprel 00:30 Qarabağ 5 729
“Qarabağ” PSJ, “Ayaks”, “Qalatasaray” və “Liverpul”la “birləşdi”

Avropanın milli çempionatlarında ən çox qələbə qazanan komandaların siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da ilk “10-luq”da yer alıb.

Qurban Qurbanovun yetirmələri geridə qalan 30 turun 23-də qələbə qazanmaqla buna nail olub. Ağdam təmsilçisi bu göstəriciyə görə qitənin ən yaxşı 14 klubu sırasındadır.

“Qarabağ” bu ana qədər öz ölkəsinin liqasında 23 qalibiyyəti olan 7 komanda ilə 7-ci yeri bölüşdürür.

Bunlar PSJ (Fransa), “Ludoqorets” (Bolqarıstan), “Ayaks” (Niderland), “Qalatasaray” (Türkiyə), “Pafos” (Kipr), “Liverpul” (İngiltərə) və “Genk”dir (Belçika).

Reytinqə “Srvena Zvezda” başçılıq edir. Serbiya klubu öz çempionatında keçirdiyi 31 matçın 29-da aktivinə 3 xal yazdırıb.

“Qarabağ”ı qabaqlayan komandalar bunlardır:

1. “Srvena Zvezda” (Serbiya) – 31 oyunda 29 qələbə

2. “Linfild” (Şimali İrlandiya) – 36 oyunda 27 qələbə

3. “Seltik” (Şotlandiya) – 33 oyunda 26 qələbə

4. TNS (Uels) – 31 oyunda 25 qələbə

5-6. “Virtus” (San Marino) – 28 oyunda 24 qələbə

5-6. “Slaviya” (Çexiya) – 29 oyunda 24 qələbə

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!