
"Qarabağ”ın sabiq qapıçısı Vaqner Silva özünə yeni komanda tapıb.
Sportinfo.az xəbər verir ki, 38 yaşlı kiper karyerasını vətəni Braziliyada davam etdirəcək.
Bu ölkənin B seriyası təmsilçisi “Operario Ferroviario” ilə müqavilə imzalayıb.
Vaqner Silva 2018/19 mövsümündə “Qarabağ”da oynayıb.
O, sonra karyerasını müvafiq olaraq “Nasional” və “Torreense”də (hər ikisi Portuqaliya) davam etdirib. Vaqner 2024-cü ilin yayından klubsuz idi.