
«Qarabağ» Nəriman Axundzadənin yeni transfer qiymətini müəyyənləşdirib.
21 yaşlı hücumçunu almaq istəyən klub «köhlən atlar»a kifayət qədər yüksək məbləğ ödəməlidir.
Söhbət nə az, nə çox, 3 milyon dollardan gedir. Xeydi müddətdir Ağdam təmsilçisinin formasını geyinən forvardın müqaviləsi 2 il sonra başa çatacaq.
Azərbaycan çempionu ona görə son təklifi Norveçdən alıb. «Molde» lənkəranlı gəncin transferi üçün rəsmən onlara müraciət ünvanlayıb.
Sadəcə, klublar arasında danışıqlar uzun sürməyib - maliyyə şərtlərində ortaq məxrəcə gəlmək mümkün olmayıb.
SPORTİNFO.AZ