
"Qarabağ" azyaşlı azarkeşlər üçün rəngarəng hədiyyə kampaniyası keçirəcək.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Qarabağ" – "Neftçi" oyunundan öncə stadion ərazisində fəaliyyət göstərəcək fan zonada azyaşlı azarkeşlər üçün "XAN Nəşriyyatı" tərəfindən xüsusi olaraq ərsəyə gətirilmiş boyama kitabları hədiyyə olaraq paylanacaq.
Azarkeşlər biletləri iTicket.az üzərindən onlayn şəkildə, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.