“Qarabağ”da bunu Kadidən geri aldılar - FOTO

17 Aprel 00:50 Qarabağ 1 159
“Qarabağ”da bunu Kadidən geri aldılar - FOTO

Premyer Liqanın 30-cu turunda “Səbail”lə səfər oyununda het-trik edən Leando Andrade bombardirlik mübarizəsində liderliyini möhkəmlətməklə yanaşı, qol tezliyinə görə də 2 tur öncə əlindən verdiyi birinciliyi də geri qaytarıb.

Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın futbolçusu lider mövqeyini komanda yoldaşı Kadi Borgesdən geri alıb.

30 oyunda 1774 dəqiqədə meydanda olaraq 14 qol vuran Leandro orta hesabla hər 126,7 dəqiqiədən bir qol vurur.

​​​​​​Leandro liderliyi Kadidən geri alıb

Bu dəfə fərqlənə bilməyən Kadi 5 qolunu vurduğu dəqiqələri 9-cu oyununda 670-ə çatdırmaqla orta göstəricisini 134-ə endirib və bununla da Andradedən geri düşüb.

Çempionatda qollarını orta hesabla 200 dəqiqədən daha tez vuran daha 6 futbolçu var. 3-cü pilləni 7 oyunundakı 328 dəqiqədə 2 qol vuran “Neftçi”nin futbolçusu Bassala Sambu 164 dəqiqə göstərici ilə əlində tutur.

Siyahıda 4 (Aleksey Kaşşuk), 5 (Nəriman Axundzadə) və 7-ci (Musa Qurbanlı) yerləri də “Qarabağ”ın daha 3 futbolçusu tutur. “Səkkizlik”də “Zirə”dən Davit Volkov və “Sabah”dan Coy Lens Mikels də var (idman.biz).

Y

Futbolçu/klub

Or

Q

Oy

D

1

Leandro Andrade (“Qarabağ”)

126,7

14

30

1774

2

Kadi Borges (“Qarabağ”)

134

5

9

670

3

Bassala Sambu (“Neftçi”)

164

2

7

328

4

Aleksey Kaşşuk (“Qarabağ”)

173,7

6

22

1042

5

Nəriman Axundzadə (“Qarabağ”)

189

8

23

1516

6

Davit Volkov (“Zirə”)

196,3

9

28

1767

7

Musa Qurbanlı (“Qarabağ”)

196,5

4

18

786

8

Coy Lens Mikels (“Sabah”)

198,1

8

22

1585

Qeyd: Y – yer, Or – orta, Q – qol, Oy – oyun, D – dəqiqə.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!