Təhqir işlədən Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olundu

16 Aprel 19:20 Qarabağ 598
Təhqir işlədən Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olundu

“Qarabağ”ın U-17 komandasının baş məşqçisi Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

R.Sadiqovun cəzalandırılmasına AFFA U-17 Liqasında keçirilən “Zirə” ilə matçın 78-ci dəqiqəsində rəqibi təhqir etməsi səbəb olub.

Baş məşqçi bu hərəkətinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.

AFFA U-13 Liqasında iştirak edən “Şirvansaray”ın baş məşqçisi Azər Nəsirov da 5 oyunluq cəzaya məruz qalıb.

Buna məşqçinin “Nabran”la qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldıqdan sonra hakimi təhqir etməsi səbəb olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!