Ərəblər böyük pulları önünə sərdi, başı gicəlləndi, amma… “Qarabağ”dan nə istəyir?

16 Aprel 13:00 Qarabağ 2 928
Ərəblər böyük pulları önünə sərdi, başı gicəlləndi, amma… “Qarabağ”dan nə istəyir?

“Qarabağ”ın legioneri Yasin Benzia bu yay komandasını dəyişə bilər.

Bu barədə "africasoccer.com" saytı yeni məlumat yayıb.

Həmkarlarımızın bildirdiyinə görə, yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək variantları var ki, bu da ona daha sərfəli müqavilə vəd edir.

Həmçinin Əlcəzair millisindəki komanda yoldaşları Riyad Mahrez və Said Benrahmanın artıq çıxış etdiyi Səudiyyə Ərəbistanı liqasını seçməklə yığmadakı mövqeyini möhkəmləndirəcəyi qeyd olunur.

Benzianın Ağdam klubu ilə müqaviləsi bu yay başa çatır. O, aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında “Qarabağ”la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib.

Amma yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib:

“İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam.

Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək”.

Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb.

Əlcəzairin “DZfoot” saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər.

Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez (“Əl-Əhli”), Houssem Aouar (Əll-Ittihad”) və Saif Benrahmadan (NEOM SC) gedir.

Qeyd edilir ki, Benzia “Qarabağ”dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.

“Qarabağ” 30 yaşlı əlcəzairliyə 2+1 illik kontrakt irəli sürüb. “Köhlən atlar“ ona hər mövsümdə 700 min dollar civarında ödəmə etməyə hazırdır.

Bu isə 2023-cü ilin yanvarından ölkəmizdə olan orta sahə oyunçusunun indiyədək aldığı puldan iki dəfə çoxdur.

Di gəl, Benzia daha artığını umur. Ərəb 1 milyon avronun üzərində əməkhaqqı istəyir. Bonuslarla bərabər, bu rəqəm 1,2 miloyon avroya çata bilər.

Əlcəzair yığmasının üzvünü «qaza gətirən» Ərəbistan klublarının irəli sürdüyü şirnikləndirici təkliflərdir.

Həmçinin Qatar və Birləşmiş Ərəb Əmirliklərindən də ona ciddi maraq göstərən komandalar var. Səud dövlətinin təmsilçilərinin ortaya atdığı məbləğ 1,5 milyon avrodan başlayır.

Başqa yerdə olsaydı, Benzia yeni çağırışı düşünmədən qəbul edərdi. İndiyədək «Qarabağ» rəhbərliyi və Qurban Qurbanovdan gördüyü münasibət onu təsirləndirib.

Bilir və qəbul edir ki, əgər Azərbaycana gəlməsəydi, karyerası yenidən yüksəlişə keçməyəcəkdi. Həm də ailəsi Bakıda yaşamaqdan çox məmnundur.

Bütün bu səbəblərdən dəvətlər arasında üstünlüyü «köhlən atlar»a vermək fikrindədir. Təbii ki, maliyyə şərtləri də üst-üstə düşərsə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!