“Qarabağ” indi “Neftçi”yə görə... 2 saat əvvəl açılacaq

15 Aprel 09:00 Qarabağ 844
“Qarabağ” indi “Neftçi”yə görə... 2 saat əvvəl açılacaq

Premyer Liqanın XXXI turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qiymət 3, 7 və 15 manat aralığındadır.

Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.

Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.

"Qarabağ" - "Neftçi" qarşılaşması 19 aprel tarixində, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 03:10 “Ordu” irəli getdi
15 Aprel 02:20 O da milli ilə getdi...