“Qarabağ”a 14 hücumçu təklif olundu - Qurban Qurbanov neçəsini seçəcək?

14 Aprel 14:40 Qarabağ 6 557
“Qarabağ”a 14 hücumçu təklif olundu - Qurban Qurbanov neçəsini seçəcək?

Son vaxtlar «Qarabağ»a təklif olunan hücumçuların sayı 14-ə çatıb.

Bu barədə klubdan saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, bir çox menecerlər tərəfindən adları təqdim edilmiş ön xətt oyunçularının siyahısının daha da genişlənməsi gözlənilir.

Burada Türkiyə, İspaniya, Niderland, Polşa, Belçika,, Braziliya, Argtentina, Fransa kimi Avropa və dünyanın bir sıra ölkələrinin çempionatında çıxış edən forvardlar yer alır.

Artıq onlardan 3-4 nəfərlə təmas qurulub. Qurban Qurbanov irəli zonaya ən azı iki transfer düşünür.

Baş məşqçinin niyyəti onlardan birini hücumun sivri ucunda, digərini isə onun arxasında oynatmaqdır.

«Köhlən atlar» yanvarda Olavio Juninyonu 5 milyon avro təzminat qarşılığında «Flamenqo»ya satıb. İyunda isə Redon Cica ilə yolların ayrılması gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti