
"Yassin Benzia "Qarabağ"dan illik 1 milyon avro istəyir".
Bu açıqlama ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O iddia edib ki, adıçəkilən yarımmüdafiəçi 2023-cü ilin yanvarından bəri formasını geyindiyi Ağdam klubu tərəfindən yeni təklif alıb.
Vaxtilə "Lion", "Olimpiakos" və "Fənərbaxça" kimi tanınmış klubların şərəfini qorumuş əlcəzairli legioner burada qalmağa razıdır. Ancaq problem ondadır ki, Benzia kifayət qədər yüksək ödəniş tələb edir.
Rzayev bildirib ki, "köhlən atlar" ərəb oyunçusu ilə kontraktı uzatmaqdan ötrü xeyli xərc çəkməli olacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN