.jpg)
“Zirə” ilə qarşılaşma çətin alındı. Rəqib hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın legioneri Marko Yankoviç səsləndirib.
30 yaşlı monteneqrolu yarımmüdafiəçi komandasının son illərdəki üstün çıxışını xüsusi vurğulayıb:
“Əsas olan odur ki, bu oyundan qalib ayrıldıq və vacib 3 xalı qazandıq. Bu nəticə ilə çempionluğa bir addım da yaxınlaşdıq.
Ötən mövsüm və ondan əvvəlki sezonu nəzərə alsaq, ikinci pillədəki komanda ilə aramızda təxminən 20 xallıq fərq olurdu. Məqsədimiz dəyişməzdir – çempionluq və avrokuboklara vəsiqə.
Bu, hər mövsüm bizim əsas hədəfimizdir. Çempionatın səviyyəsi və digər klublar haqda danışmaq mənlik deyil.
Mən yalnız komandamızın nəticələrinə görə məsuliyyət daşıyıram”.