“Qarabağ”ın qapıçısı: “İşimiz daha da çətinləşdi”

12 Aprel 00:50 Qarabağ 1 809
“Qarabağ”ın qapıçısı: “İşimiz daha da çətinləşdi”

“Bu, kubok görüşü idi. “Araz-Naxçıvan” bizə qarşı vuruşdu”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qapıçısı Fabian Buntiç Azərbaycan kubokunun yarımfinalında “Araz-Naxçıvan”a qarşı keçirilən ilk görüş barədə danışarkən deyib.

Maraqlıdır ki, bu mövsüm ölkə çempionatında hər 3 görüşdə “Araz-Naxçıvan”ı üstələyən “Qarabağ” kubokda rəqibinə uduzdu.

Xorvat əsilli almaniyalı qolkiper bunu hər oyunun fərqli olması ilə əlaqələndirib:

“Tam gücləri ilə mübarizə apardılar. İlk dəqiqələrdən çox çalışırdılar, istəkli idilər. Təbii ki, belədə işimiz daha da çətinləşdi”.

F.Buntiç cavab görüşündən də söz açıb və nikbin danışıb:

“Təbii ki, qalib gəlməyi, mərhələ adlamağı hədəfləyirik. Kuboku qazanmaq qarşımıza qoyulan hədəflərdən biridir.

Ona görə də sona qədər mübarizəmizi davam etdirəcəyik. Cavab oyununda hər şey mümkündür. İnanıram ki, istəyimizə çatacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!