
“Əslində pis oyun olmadı, amma meydanda daha yaxşı “Qarabağ” görə bilərdik”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın legioneri Leandro Andrade deyib..
25 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 29-cu turunda “Zirə” üzərində qazandıqları 1:0 hesablı qələbəni dəyərləndirib.
Kabo-verdeli bu görüşdə komandasının tam potensialını ortaya qoya bilmədiyini düşünür:
“Ümumi götürəndə vacib qələbə oldu və turnir cədvəlindəki əsas rəqiblərimizdən biri olan “Zirə” ilə xal fərqimizi bir qədər də artırdıq. Bu, bizim üçün çox önəmlidir”.