Qurban Qurbanov onda bir dəyişiklik görmədi, ayrılmasına RAZILIQ VERDİ

10 Aprel 13:00 Qarabağ 3 075
Qurban Qurbanov onda bir dəyişiklik görmədi, ayrılmasına RAZILIQ VERDİ

«Qarabağ»ın 2023-cü ildən xidmətindən yararlandığı Redon Cica yayda Azərbaycandan ayrılacaq.

Saytımız bu barədə klubdan məlumat əldə edib.

Redaksiyamıza verilən informasiyaya görə, baş məşqçi albaniyalı hücumçu ilə sözləşmənin ikitərəfli qaydada pozulmasına razılıq verib.

Gəldiyi vaxtdan bəri əsas heyət üzvü ola bilməyən forvarda artıq bu barədə xəbərdarlıq olunub. Ki, indidən özünə yeni komanda axtara bilər.

2023-cü il yanvarın 24-də “Tirana“dan “Qarabağ”a keçən Cicanın müqaviləsi gələn ilin iyunun 30-na başa çatacaq. Qurban Qurbanov ümid edirdi ki, o, axır 6 ayda özünü göstərəcək.

Juninyo Olavio yanvarda 5 milyon avro təzminat qarşılığında “Flamenqo“ya satıldı, fəqət, albaniyalı ondan belə də rəqabəti uduzur, Nəriman Axundzadə və Musa Qurbanlının kölgəsində qalır.

Baş məşqçi Cicanın tərpəniş etməyəcəyini bilsəydi, cari ilrn başında ayrılmasına okey verərdi.

Hələ onda Albaniyanın 3, həmçinin Cənubi Kiprin 1 klubundan “Qarabağ“la əlaqə saxlamışdılar. Hamısı da icarə variantını ortaya atmışdı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti