“Qarabağ”ı sevənlərin bundan xəbəri olsun – Qurban Qurbanovun ad günündə...

9 Aprel 21:20 Qarabağ 2 407
“Qarabağ”ı sevənlərin bundan xəbəri olsun – Qurban Qurbanovun ad günündə...

Bu həftə Premyer Liqada Azərbaycan çempionunun adına aydınlıq gələ bilər.

Bunun üçün “Qarabağ”ın “Səbail”i məğlub etməsi, “Zirə”nin “Neftçi”yə uduzması mütləqdir.

Hazırda ağdamlılar 70 xalla turnir cədvəlinə liderlik edir. “Qartallar” isə 55 xalla ikincidir.

Qurban Qurbanovun komandası qalib gələcəyi təqdirdə xalların sayını 73-ə çatdıracaq ki, zirəlilər uduzacağı təqdirdə 55-də qalacaq.

Arada yaranacaq 18 xallıq fərq finişə 6 tur qalmış çempionluğun rəsmiləşməsinə səbəb olacaq. Hətta qarşıdakı 6 matçın hamısını uduzsa belə, qızıl medallar “Qarabağ”ın olacaq.

Əsasnamənin tələbinə əsasən xallar eyni olduğu təqdirdə komandaların qələbə sayı əsas tutulur. Bu göstəricidə “Qarabağ”a çatan yoxdur.

Aprelin 11-də “Səbail” - “Qarabağ” (19:00), ayın 13-də “Neftçi” – “Zirə” (19:15) görüşləri baş tutacaq.

Maraq üçün bildirək ki, aprelin 13-də Qurban Qurbanovun ad günüdür. Yəni çempionluq həmin gün rəsmiləşə bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti