“Qarabağ” ən azı daha bir...

10 Aprel 00:40 Qarabağ 369
“Qarabağ” ən azı daha bir...

Premyer Liqanın 30-ci turunda da 2024-2025 mövsümünün çempionu müəyyənləşməyəcək.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” 12-ci dəfə qızıl medalları qazanmaq üçün ən azı daha bir tur gözləməlidir.

Ağdamlılar növbəti turda “Səbail”ə qalib gəlsə, ikinci pillədəki “Zirə” isə “Neftçi”yə məğlub olsa, “Qarabağ” sona 6 tur qalmış qəsəbə təmsilçisini 18 xal qabaqlamış olacaq.

Lakin yeni reqlamentə görə bu halda da “qartallar”ın liderə çatmaq üçün nəzəri şansı qalır.

Yeni qaydalara görə, xallar bərabər olduqda öncə qələbə sayına, daha sonra top fərqinə baxılır. Burada da bərabərlik olsa, vurulan qolların sayı əsas götürülür.

Düzdür, “Zirə”nin bu göstəricilərdə “Qarabağ”a çatması çətindir, amma nəzəri cəhətdən mümkündür. Yalnız bundan sonra şəxsi oyunlar nəzərə alınır ki, Qurban Qurbanovun yetirmələri bu məqamda izləyicisindən üstündür.

Kəsəsi, “Qarabağ” rəsmən çempionluğu elan etmək üçün ən azı daha bir tur gözləməlidir.

Digər Xəbərlər
Xəbər Lenti