
"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç qitənin daha bir klubunun diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, "Panatinaikos" Monteneqro yığmasının futbolçusu ilə yaxından maraqlanır.
Bundan əvvəl Zaqreb "Dinamo"sunun Marko ilə transfer etmək istədiyi xəbərləri yayılmışdı.
Amma Xorvatiya çempionu ilə "Qarabağ" qiymət məsələsində ortaq məxrəcə gələ bilməmişdi. Yunanların yayda Ağdam təmsilçisinə sərfəli transfer təklifi verəcəyi gözlənilir.
Yankoviç bu mövsümdə bütün turnirlərdə 32 matçda 1 qol və 3 ötürmə ilə yadda qalıb.