
Tanınmış futbol eksperti Emin Abbasov «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun «Araz-Naxçıvan»la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda (0:1) etdiyi hərəkətə münasibət bildirib.
Bu haqda ATV kanalında yayımlanan «Futbolumuz» verlişində danışan teleşərhçi onun planşeti təpiklə vurub sındırmasının təsadüfi olmadığını deyib.
Vaxtilə «Qarabağ»da çalışmış keçmiş funksioner əsasən 2 ehtimalın üzərində dayanıb.
Abbasova görə, birinci ehtimal Qurbanovun futbolçuları silkələmək üçün bütün diqqətləri öz üzərinə çəkmək istəməsidir.
Ekspert bu fikrinə üstündə çox dayanmayıb, Joze Mourinyodan bir misal çəkməklə kifayətlənib.
O, «köhlən atlar»ın çalışdırıcısının ölkənin futbol həyatında gedən proseslərə ümumi etiraz əlaməti olaraq bu addımı atmasını qeyd edib.
Bunun üçün adıçəkilən mütəxəssisin son 1 ayda verdiyi açıqlamaları yada salıb, AFFA və İcraiyyə Komitəsi ilə bağlı sualları cavablandırmaqdan imtina etməsinə diqqət çəkib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN