Qurban Qurbanovun gülə-gülə aldığı hədiyyənin qiyməti neçəyədir? - VİDEO

8 Aprel 14:00 Qarabağ 2 678
Qurban Qurbanovun gülə-gülə aldığı hədiyyənin qiyməti neçəyədir? - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilməsindən xəbərdarsız.

“Araz-Naxçıvan”la Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk matçın gedişində planeşti qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.

“Qarabağ” həmin görüşdə Naxçıvan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Hakimin verdiyi penalti qərarına əsəbiləşən Q.Qurbanov planşeti qırıb.

O, komanda üzvlərinin jestini təbəssümlə qarşılayıb. Kapitan Bədavi Hüseynovun kollektiv adından təqdim etdiyi hədiyyəyə gülərüzlə yanaşan çalışdırıcı onlara öz təşəkkürünü bildirib.

Maraqlıdır, Qurban Qurbanova bağışlanan planşet neçəyədir? Sportinfo.az onun qiymətini araşdırıb.

Bizə məlum oldu ki, «Apple İpad Air 11» markalı planşet Bakıdakı mağazalarda 1839 manata satılır.

Özü də bu markalı texniki vasitə endirimə düşüb. Yaxınlaradək onu 2049 manata almaq mümkün idi.

Digər Xəbərlər
Xəbər Lenti