
Tanınmış telejurnalist Ceyhun Rzayev efirdən maraqlı təklif səsləndirib.
ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı millinin və «Qarabağ»ın hücumçusu Nəriman Axundzadəyə ev almağı məsləhət görüb.
Bildirib ki, bir neçə ildir Premyer Liqanın ən yaxşı klubunda çıxış edən lənkəranlı forvardın digər komanda yoldaşlarından fərqli olaraq, hətta avtomobili də yoxdur.
Rzayev bunları söyləməklə Masazırdakı hadisəyə işarə vurub. Belə ki, yığmamız bu qəsəbədə keçirilən yoxlama matçında Belarusa 0:2 hesabı ilə uduzub.
Millinin ardıcıl biabırçı nəticələr sərgiləməsi azarkeşlərin narazılığına səbəb olub.
Belə ki, oyundan sonra Nəriman Axundzadə stadiona gələn fanatlardan birinin etirazı ilə qarşılaşıb. «Xəzər Lənkəran»ın yetirməsi ünvanına səslənən tənqidlərə cavabında ev və maşının olmadığını söyləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN