
Premyer Liqanın 29-cu turu çərçivəsində «Zirə» ilə keçirilən oyunda zədələnən Kadi Borgesin durumuna bu gün aydınlıq gələcək.
Bu haqda Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun bildirdiyinə görə, braziliyalı yarımmüdafiəçinin müalicə prosesi artıq başa çatıb:
«Onun ayağında şiş əmələ gəlib. Hələlik o şiş çəkilməyib.
Bu gün bir daha müayinə olunacaq. Həkimlərin dediyinə görə, zədə o qədər də ciddiyə oxşamır.
Hər halda onlar futbolçunun MRT olunmasına ehtiyac görmür. Bu gün komandaya istirahət verilib. E
htimal edirik ki, Kadi növbəti oyunadək sıraya dönəcək».
Cənubi amerikalı legioner «Zirə» ilə matça damğa vurub. İlk hissədə komandasına qəələbə gətirən (1:0) qolu vuran vinger 53-cü dəqiqədə xəsarət alıb.
Qurban Qurbanov «sambaçı»nı Aleksey Kaşukla əvəzləyib.