"Qarabağ"a gəldi, Azərbaycanda 100-cü dəfə...

02:50 Qarabağ 112
"Qarabağ"a gəldi, Azərbaycanda 100-cü dəfə...

"Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.

Sportinfo.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçunun yubiley matçı Premyer Liqanın XXIX turuna təsadüf edib.

25 yaşlı kabo-verdeli oyunçu “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.

Andrade Premyer Liqada 2021/2022 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.

"Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Aprel 08:20 “Uduzmaq istəmirdik"