
“Çempionluq, demək olar ki, həll olunub”.
Sportinfo.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın legioneri Leandro Andrade deyib.
25 yaşlı yarımmüdafiəçi bildirib ki, hər bir məşq, hər bir matç inkişaf etmək, oyun keyfiyyətini artırmaq üçün vasitədir:
“Ona görə də çempionatın qalan qarşılaşmalarında da oyun keyfiyyətimizi daha da artırmağa çalışacağıq.
Çünki qarşıda bizi avrokubok oyunları da gözləyir. Bu matçları həmin oyunlara hazırlıq mərhələsi kimi görmək olar”.
“Köhlən atlar” 29 tura 70 xal toplayıb. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Zirə”ni 15 xal qabaqlayaraq, tirnir cədvəlinə başçılıq edir.