"Qarabağ"lı karyerasını bərpa etdi, 4-cü liqa klubu ilə anlaşdı - FOTO

16:20 Qarabağ 229
"Qarabağ"lı karyerasını bərpa etdi, 4-cü liqa klubu ilə anlaşdı - FOTO

“Qarabağ”ın formasını geyinmiş Jakub Jezniçak karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, polyak müdafiəçi ölkəsində çıxış edəcək.

O, aşağı liqa təmsilçisi olan “Stal Krasnik” ilə müqavilə imzalayıb.

Dördüncü liqada çıxış edən komanda “Qarabağ”ın sabiq futbolçusu ilə müqaviləsi mövsümün sonuna qədər nəzərdə tutulub.

Həmin klub 4-cü liqada liderdir. Jezniçak bir müddət əvvəl futbolçu karyerasını başa vurmuş və özünü MMA-da sınamaq qərarına gəlmişdi.

Jezniçak 2017-2019-cu illərdə “Qarabağ”ın formasını geyinib. Bundan savayı isə o, “Vidzev”(Lodz), “Legiya”, “Visla”(Plok), “Kotviça” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti