
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova yeni planşet hədiyyə edilib.
Sportinfo.az xəbər verir ki, "Araz-Naxçıvan"la Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunlarında keçirilən matçda "iPad"ını qıran təcrübəli mütəxəssisə futbolçuları tərəfindən yenisi verilib.
"Qarabağ" həmin görüşdə Naxçıvan təmsilçisinə 0:1 hesabı ilə məğlub olub. Hakimin verdiyi penalti qərarına əsəbiləşən Q. Qurbanov planşeti qırıb.