
“Qarabağ” növbəti çempionluğun bir addımlığındadır.
“Köhlən atlar” 29-cu turda “Zirə”ni məğlub edə bilsə, xal fərqi 15-ə yüksələcək ki, bu, məsələnin 90 faiz həlli anlamına gələcək.
Yox, zirəlilər qalibiyyətə sevinsə, fərq 9-a enəcək, mübarizə bir az da qızışacaq.
Görəsən, “Qarabağ”ın futbolçuları çempionluğun son anda əldən çıxmasını təsəvvür edir? Belə bir halın yaşanması mümkündür?
Ağdamlıların polşalı qapıçısını Mateuş Koxalski Sportinfo.az-ın sualını cavablandırıb:
“Qarabağ”ın liderliyi hansısa rəqibə verməsi mümkün deyil. Bunu ağlımızdan keçirmirik.
Çünki hər oyuna qələbə əzmi ilə çıxıb növbəti çempionluğu bayram etmək istəyirik. İndiyə qədər bu hissi yaşamamışam.
Aradakı xal fərqinə önəm vermirik. Buna görə də turnir cədvəlinə baxmadan yolumuza davam edirik. Əlimizə düşən şansı dəyərləndirməkdə israrlıyıq”.
28 turdan sonra aktivində 67 xal olan “Qarabağ” birinci, 55 xala sahib “Zirə” ikincidir.
HƏBİB