
Yayda “Qarabağ”la müqaviləsi başa çatacaq futbolçulardan biri də Yassin Benziadır.
30 yaşlı əlcəzairli yarımmüdafiəçinin sözləşməsinin müddəti cari mövsümün sonuna qədərdir.
Həmin vaxta iki ay qalmasına baxmayaraq, klub rəhbərliyi əsas heyət üzvlərindən biri ilə sözləşmənin müddətini uzatmayıb.
Yassin özü bu haqda nə düşünür? Olmaya təklif olub, lakin tərəflər razılığa gəlməyib?
Ümumiyyətlə, bu mövzuda hazırkı durum necədir?
Dinləyək:
“Müqavilənin sonuna hələ çox var. Hələ ki, hansısa yenilik yoxdur.
Bu gün kluba məxsusam və buna görə də bütün diqqətim meydandadır. Dediyiniz məsələni müzakirə etmək üçün vaxtımız olacaq”.
HƏBİB